Dünyanın ilk “saqqallı qadını” -Foto
Bizi izləyin

Bilgi.az

Dünyanın ilk “saqqallı qadını” -Foto

Rəssam Xusepe Riberinin ən məşhur sənət əsərlərindən də biri “Saqqallı qadının portreti” hesab olunur.

Şəkilin tam adı “Maqdalena Ventura əri ilə birgə portreti”-dir. Şəkil İspaniyada Tavera hospitalında saxlanılır.

Ailə portretində Maqdalena Ventura adlı saqqallı qadın, əri Feliçe de Amiçe və il yarımlıq körpəsi ilə təsvir olunub. Ribera bu şəkili 1629-cu ildən 1631-ci ilədək çəkib. Qadın haqda xəbər tutan Ribera onu öz qəsrinə dəvət edib. Şəkili akademik və elmi meylli kolleksiyaçı olan aristokrat sifariş verib.

Qeyd olunur ki, Maqdalena 37 yaşında olarkən tüklənməyə məruz qalıb. Bundan sonra o, qalın və sıx saqqal saxlamağa başlayır. Bundan əlavə, qadın 3 uşaq da dünyaya gətirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm