Müasir dünyanın qlobal problemlərindən biri
insanların artıq çəki və piylənmədən əziyyət çəkmələridir. Az
hərəkətlilik, genetik meyllilik, stress və nevrozlar bəzi
insanların həddən artıq kökəlməsinə səbəb olur. Adətən piylənmədən
əziyyət çəkən belə insanlar bütün ömrü boyu hərəkət sərbəstliyini
itirir, ürək-damar xəstəliklərindən əziyyət çəkir və 50 yaşına
çatmamış vəfat edirlər. Bununla belə köklükdən əziyyət çəkən
insanlar da ailə həyatı qurur və pozitiv həyat tərzi
keçirirlər. Modern.az
dünyanın ən kök insanlarını təqdim
edir.
1. Hazırda dünyada yaşayan ən kök insan Böyük Britaniyalı Kit
Martindir. O 368 kiloqram çəkiyə malikdir. Bundan öncə dünyanın ən
kök adamı olan Pol Meyson təxminən 300 kiloqram arıqlamışdı. Bundan
sonra ilk pilləyə Martin yüksəlib. Artıq 10 ildir ki, yaşadığı evi,
daha doğrusu çarpayısını tərk edə bilməyən britaniyalı 15 yaşında
anasının ölüm xəbərini aldıqdan sonra kökəlməyə başlamışdı.
Hazırda hərəkət etmək qabiliyyətini istirən Kit Martin daim
həkim nəzarəti altında saxlanılır. Onun ehtiyaclarını ödəmək üçün
Britaniya büdcəsi hər il 800 min dollar vəsait ayırır. Həkimlərin
sölzərinə görə Aritmiya, ağırlaşmış formada astma və baş
ağrılarından əziyyət çəkən 42 yaşlı Kit Martin arıqlamağa cəhd
göstərməsə onun 50 yaşına kimi ölməsi ehtimalı yüksəkdir.
2. Kit Martinə qədər planetimizdə ən böyük çəkiyə sahib olmuş
şəxs onun həmyerlisi Pol Meysondur. 444 kiloqram çəkiyə malik 48
yaşlı ingilis bu ada 2010-cu ildə layiq görülüb. Meksikalı Manuel
Uribe sevdiyi qadın üçün 160 kiloqram arıqladıqdan sonra Meyson
planetin ən kök adamına çevrilib. 2011-ci ilə qədər bu adı daşıyan
ingilis həyatını dəyişmək qərarına gəlir.
Əməliyyat etdirərək mədəsini kiçildən Meyson sürətlə arıqlamağa
başlayır və 292 kiloqram arıqlayır. Lakin dartılmış dəri Meyson
arıqladıqdan sonra da əvvəlki formada qalır. Buna görə də o yenidən
əməliyyat olunmağa hazırlaşır. Rebekka Mauntin adlı amerikalı
xanımla tanış olan Meyson ABŞ-ın Massaçusets ştatında yaşayır. Onun
planlarında arıqlaması barədə kitab yazmaq və zərgərlik dükanı
açmaq niyyəti var.
3.Meksikalı Manuel Uribe Qarza dünyanın ən kök adamı hesab
olunurdu. Hətta 2008-ci ildə dünyada yaşayan ən kök adam kimi
Ginnesin Rekordlar Kitabına da daxil olmuşdu. Ən pik vaxtında 45
yaşlı meksikalı 572 kiloqram çəkiyə malik idi. Belə ki, 18 yaşlı
gənc olarkən Uriba 121 kiloqram idi. Lakin menecer kimi çalışmağa
başladıqdan sonra onun çəkisi sürətlə artmağa başlayır. 30 yaşına
çatdıqda meksikalının çəkisi artıq 245 kiloqram təşkil edirdi.
Həkimlərə müalicə etdirərək liposaksiya etdirən Uribe çəkisindən
160 kiloqram itirsə də əməliyyatın əks nəticələri özünü biruzə
verir. Ayaq əzələlərinin kəskin şişməsi nəticəsində o hərəkət etmək
qabiliyyətini itirir. 3 il ərzində məcburən yatağına məhkum olan
Manuel Uribe 572 kiloqram çəki toplayır.
Lakin yaxınlarda Uribe böyük iradə göstərərk təxminən 250
kiloqram arıqladı. Klavdiya adlı xanıma aşiq olan Uribe onun naminə
sərt dietaya oturdu. Buna görə Manuel Uribe 2-ci dəfə Ginnesin
Rekordlar kitabına daxil oldu. Bu dəfə ən çox çəki itirən insan
kimi rekordlar kitabına adı daxil oldu. Eyni zamanda ən kök insan
adını da ingilis Pol Meysona təhvil verir. 2008-ci ildə Manuel
Uribe Klavdiya ilə ailə həyatı qurdu. Lakin arıqlamasına baxmayaraq
yatağından qalxa bilməyən 310 kiloqramlıq Uribe xüsusi
avtoyükləyici vasitəsilə toy yerinə gətirildi.
4. Dünyanın ən kök qadını Syuzanna Eman Kasa-Qrandedir. ABŞ-ın
Arizona ştatında yaşayan Syuzanna 326,5 kiloqram çəkiyə malikdir.
Özü ilə fəqr edən qadın arıq lamaq niyyətində deyil. O,ən böyük
arzusunun 1 ton çəki toplamaq olduğunu vurğulayıb. Kök insanlar
üçün ixtisaslaşan internet saylatında modelliklə məşğul olan
amkerikalı qadının günədlik qida rasionu normal insanın bir
həftəlik ehtiyaclarını ödəyir.
5. Amerikalı Terri Smit dünyanın ən kök qadınlarından hesab
olunur. Onun çəkisi müəyyən vaxtlarda 320 kiloqrama çatırdı. Terri
Smit artıq bir neçə ildir ki, yatağından qalxa bilmir. Bundan
qaşqa, kənar şəxsin köməyi olmadan o nə hərəkət, nə geyinə və nə də
ki, yuyuna bilmir. 7 yaşında 51, 20 yaşında isə 100 kiloqrama
açatan amerikalı qadının müalicəsi yalnız cərrahi müdaxilə ilə
mümkündür. Bununla belə Terri Smit də ailə həyatı qurub. İnun qız
övladı və 2 nəvəsi var.
6. Amerikada məşhur olan digər kök qadın isə Donna Simpsondur.
O, ən ağır çəkili ana kimi Ginnesin Rekordlar kitabına daxil olub.
43 yaşlı Simpson çəkisini 450 kiloqrama çatdırmaqla rekord vurmaq
istəsə də sağlamlıq durumunun ağırlaşması səbəbindən bu istəyindən
vaz keçib. 20 il evlilik həyatı yaşayan Donna Simpson bu nigahdan
bir qız övladına sahibdir. Qeyd etmək lazımdır ki. onun həyat
yoldaşının çəkisi 68 kiloqramdır.
|