Bilgi.az
"Coca Cola" səltənəti dağılır
Ən bahalı markalar siyahısında liderliyi əlindən verən “Coca
Cola”nın İspaniyada 11 fabrikindən 4-nün bağlanacağı açıqlanıb.
Anspress yazır ki, İspaniyada “ERE” adlı verilən qanundan
yararlanaraq həmkarlar ittifaqına dünən bu barədə təklif verilib.
Şirkətin maliyyəni azaldan proqram çərçivəsində “İberian Partners”,
“Asturias”, “Palm de Mallorca”, “Alicante” və Madriddəki
fabriklərini bağlamağı nəzərdə tutan plan açıqladığı
bildirilib.
“Sky news”un xəbərinə görə, “Coca Cola”nın maliyyə xərclərini
azaltmaq planı 1250 nəfər işçiyə təsir edəcək. Bağlanılacaq
fabriklərdən 750 işçinin çıxarılması və 500-ə qədər işçinin də
İspaniyada Sevilya, Barselona kimi digər fabriklərə köçürülməsi
nəzərdə tutulur. “Coca Cola” İspaniyada 11 fabrikində cəmi 4 min
270 işçi işlədir.
Qeyd edək ki, “İnterbrand”in 2013-cü il üçün hazırladığı dünyanın
ən dəyərli 100 markası siyahısında “Apple” “Coca Cola”nı keçib.
“Coca Cola” 13 ildən sonra zirvədən enərək 3-cü sıraya düşüb.
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ