Bilgi.az
Məşhur balerina: “Azərbaycanlı biznesmeni seks çökdürdü“
Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkovaya
qarşı fahişəlik ittihamı ilə bağlı qalmaqal səngiməmiş onun adı
növbəti xoşagəlməz insidentdə çəkilib. Modern.az saytı Rusiya
mətbuatına istinadən xəbər verir ki, iyulun 3-də gündüz saatlarında
balerinanın sevgilisi, azərbaycanlı biznesmen Bəxtiyar Səlimovu
ciddi xəstəlik əldən salıb. 45 yaşlı Bəxtiyar Anastasiya ilə
növbəti sevgi macərasından sonra kürəyində kəskin ağrılar hiss
edib.
Məlumatda qeyd edilir ki, ağrıları o qədər ciddi olub ki, biznesmen
nəinki yatıb, hətta yataqdan belə qalxa bilməyib. Anastasiya deyib
ki, hər şey onların restoranda birgə eşq macərası yaşaması zamanı
baş verib:
“Biz birgə olanda ayaqlarımızı yuxarı qaldırdıq, ona görə ki, divan
çox dar idi. Seksdən başqa heç bir fiziki güclə yüklənməyib. Biz
iki dəfə sekslə məşğul olmuşuq. Təcili yardım getsə də, onu hələ ki
buraxmırlar”.
Məlumatda qeyd edilir ki, hadisə yerinə iki dəfə təcili yardım gəlib, Bəxtiyar Səlimova iynə vurulsa da, təsirli effekt verməyib. Azərbaycanlı biznesmen uzun müddət yataqda tərpənməz halda uzanıqlı qalıb.
Azərbaycanlı biznesmenin tanınmış balerina ilə tanışlığına gəldikdə, Səlimov bu haqda əvvəllər deyib: “Bizim tanışlığımızın təşəbbüsçüsü dostum olub. Biz Nastiya ilə birgə iştirak etdiyimiz konsert zamanı ona nəvaziş göstərdim. Evli olduğumu gizlətmirəm, həyat yoldaşımın adı Natalya olub. Biz nadir halda bir-birimizlə telefon əlaqəsi saxlayırıq. Hətta onun nə işlə məşğul olduğunu bilmirəm. Bizim Rüstəm adlı 19 yaşlı oğlumuz var. Mən onunla əlaqəni kəsməmişəm, demək olar hər gün ünsiyyətdə oluruq”.
Bəxtiyar Səlimov bizneslə Vladivostokda məşğul olur: “Mənim Vladivostokda böyük evim var. Bizim görüşlərimiz hələ ki Moskvada və Nastyanın qastrollara getdiyi başqa şəhərlərdə, eləcə də mənim biznesimlə bağlı getdiyim yerlərdə - Xabarovskda, Orlda, Kemerovoda baş tutur. 45 yaşımda kimə vurulduğumu yaxşı başa düşürəm”.
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər