Bilgi.az
Azərbaycanlı dərzi Ginnesin kitabına düşə bilər - FOTO
Fransanın paytaxtı parisdə yaşayan azərbaycanlı dərzi Ginnesin
rekordlar kitabına düşə bilər. Buna səbəb Əli Zarei Behrbik adlı
dərzinin hazırladığı pencəkdir. Belə ki, pencək 201 520 muncuqdan
hazırlanıb.
Xalça toxumaqla da məşğul olan Əli Zarei bir illik işdən sonra
pencəyi ərsəyə gətirə bilib. Pencəyin hazırlanmasında iki km-ə
yaxın ipdən istifadə edilib. Behrbik muncuqları 280 min düyünlə
birləşdirib.
Azərbaycanlı dərzinin sözlərinə görə, geyim 1 kq 870 qram
çəkidədir. "Yaxından baxmayan və əli ilə toxunmayanlar onu adi
parça hesab edirlər. Dərziliklə, xalçaçılıq teznikası
birləşdirilib. Öncə pencəyin eskizlərini hazırladım. Hər hissəsini
xalı kimi əldə toxudum və əlimlə bu parçaları birləşdirdim.
Bununlada 40 ölçülü bir pencək ortaya çıxdı".
Dərzi geyimin onun üçün çox dəyərli olduğunu və onu banklardan birinin mühafizəsi altında olduğunu deyib. O, bu pencəklə Ginnesin rekordlar kitabına düşməyi hədəfləyir./Anspress
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA