Bilgi.az
“Uçan boşqab”a oxşayan evlər – 60-cı illərin layihəsi (FOTOLAR)
50 il əvvəl sosioloqlar düşünürdülər ki, gələcəkdə insanlar həftədə yalnız 3 gün işləyəcək, ən azı, 6 ay məzuniyyətdə olacaq, səyahətə uçan avtomobillərdə gedəcək və yeni tipli evlərdə yaşayacaqlar.
Elə ötən əsrin 60-cı illərində finlandiyalı arxitektor Matti Surronen də belə fikirləşirdi. Qəfildən onun ağlına gəlmişdi ki, gələcəyi maksimal dərəcədə yaxınlaşdırmaq olar. Odur ki, fin memar o dövr üçün qeyri-adi sayılan evləri layihələşdirməyə başladı.
Bəs gələcəyin evi necə olmalı idi? Əlbəttə ki, o, yadplanetlilərin gəmisini xatırlatmalıydı.
1968-ci ildə layihə hazır oldu. Ev Uçan boşqab” formasında idi. Evin içindən bayıra 360 dərəcə görünüş vardı. Pəncərələr oval, qapı isə təyyarədəki kimi idi. İçəri girmək üçün trapla qalxmaq lazım gəlirdi. Yəni, klassik qapı anlayışı yox idi.
Ev 3 polad dirək üstə qurulurdu. İçərinin dizaynı da fərqli idi. Axı oval otaqlara klassik formalı, kvadrat mebel yaraşmazdı. Yataq və mətbəx otaqlarının dizaynı da “qalaktika” stilində oldu. Materialların hamısı plastikdən hazırlanmışdı. Həmin vaxt plastik ucuz olmaqla yanaşı, ən perspektivli material sayılırdı.
Hesab edilirdi ki, zamanla hər şey plastikdən olacaq – evlər, maşınlar. Ümumiyyətlə, hər şey.
Mattinin layihəsi ilə 20-dən çox belə ev inşa edildi. Hətta turistləri cəlb etmək üçün bu evlərdən kafe kimi istifadə edənlər vardı. Sifarişlərin sayı günü-gündən artırdı. Ancaq 1973-cü ildə neft krizisi baş verdi. Nəticədə plastikin qiyməti qalxdı. Mattinin evləri bahalıq ucbatından sifariş edilmədi.
Ancaq axtarsan, indiyədək ABŞ-da və Niderlandda hələ də Mattinin “uçan boşqab”larından qalmaqdadır. Belə evlərin hazırda qiyməti təxminən 25 min dollardır.
İlqar Atabəyli
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO