Bilgi.az
Hansı rənglər körpəni sakitləşdirir?
Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Lakin əksər hallarda valideynlər uşaqlarına ayrı otaq ayırmaqda tərəddüd edirlər. Ya otaqların azlığından, ya da övladını tək qoymaq istəməyən valideynlər onları elə öz otaqlarında yerləşdirirlər.
Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün onu lazım olandan çox “bəzəyirlər”. Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır. Əşyaların nə olmasını anlamayan körpə üçün bu qədər sıx və darısqal otaq bəzəmək də düzgün deyil. Otağın sadə, səliqəli və rahat olması əhval-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da yaratmalıdırlar.
Dizaynerlərin fikrincə, uşaq mebelləri çoxfunksiyalı olmaqla yanaşı, körpələrin rahatlığını və əqli inkişafını da təmin etməlidir. Qeyri-adi üslub, geniş siyirmələr, nərdivanlar, açılıb-bağlanan hissələr həm valideyinlərə rahat mühit yaratmaqda kömək edir, həm də uşaqların oyun oynaya bilmələri üçün kifayət qədər yer qalmasına şərait yaradır. Lakin mebel yığcam olmaqla yanaşı, rəngarəng quruluşu ilə də seçilməlidir. Məsələn, maşın formasında olan çarpayıda istənilən azyaşlı böyük həvəslə yuxuya gedər. Mütəxəssislər qeyd edirlər ki, rənglər insan, əsas da uşaq psixologiyasına xüsusi təsir göstərir. Dizaynerlər tünd olmayan çəhrayı, göy, yaşıl rəngin açıq tonlarına üstünlük verilməsini məsləhət görürlər. Belə rənglər həm rahatlıq bəxş edir, həm də uşaq modasında heç vaxt dəbdən düşmür. Ən əsası isə mebel hissələri ekoloji təmiz və uşaqların sağlamlığına zərər verməyəcək materialdan olmalıdır.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi