Ruslar “MakDonalds” restoranlarını ucuz yeməkxanaya çevirdilər
Bizi izləyin

Bilgi.az

Ruslar “MakDonalds” restoranlarını ucuz yeməkxanaya çevirdilər

Donetskdə fəaliyyətini dayandırmış “MakDonalds” restoranları kasıblar üçün pulsuz yeməkxanalara çevriləcək.

Publika.az “İnterfaks”a istinadən xəbər verir ki, bu haqda qondarma Donetsk Xalq Respublikasının ali sovetinin sədri Boris Litvinov danışıb:

“Hazırda bu restoranlar şəbəkəsi işləmir. Onların boş zallarında yeməkxana açıb şəhərin aztəminatlı ailələrinə pulsuz yemək verəcəyik. Bu restoranların sahibləri nə vaxtsa qayıtsa, onlara kompensasiya veriləcək”.

Qeyd edək ki, Donetskdə 32 MakDonalds” restoranı vardı. Hərbi əməliyyatlar başlayandan onlar fəaliyyətlərini dayandırıblar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm