Bilgi.az
3000 yaşlı şəhər tapıldı – FOTOLAR
Sloveniyalı arxeoloqlar heyrətamiz tapıntıyla qarşılaşıblar. Onlar Meksikanın cənub-şərqində yerləşən cəngəllikdə min illər "gizlənmiş" qədim mayya şəhərini tapıblar.
Sloveniyanın Elmlər Akademiyasının elmi tədqiqat mərkəzinin dosenti İvana Sprajsanın sözlərinə görə, onun komandası yaşı 3000 il olan 2 mayya şəhərini aşkarlayıb. Hər iki şəhərdə saray binası, meydan və piramida tapılıb. Tədqiqatçıların sözlərinə görə, Laqunit və Tamçen şəhərləri eramızın 600-1000-ci illərində renessans dövrünü yaşayıb.
Qədim sivilizasiyalardan olan Mayya İmperiyası müasir Qvatemalanın tropik hissəsində yerləşib. Bu imperiya XVI əsrdə ispan işğalınadək Meksika və Mərkəzi Amerikada hakim cəmiyyət olub. Uzun illər ərzində mayyalıların təsiri güclü olub və imperiya VI əsrdə çiçəklənmə dövrünü yaşayıb.
İndi isə müasir Meksika və Mərkəzi Amerikada təxminən 5 milyona yaxın insan mayyanın 70 müxtəlif ləhcəsində danışır. İlkin mayyalılar burada eramızdan əvvəl 1800-cü ildə məskunlaşıblar. Mayyalılar 40-a yaxın şəhər salıblar.
Nura
-
Səhiyyə21:24
Vərəm peyvəndi insanları bu ölümcül virusdan QORUYUR
-
Magazin120:12
Azərbaycanda bu serial finala gedir - VİDEO
-
MDB19:48
Putin Özbəkistanda: Mirziyoyev onu belə qarşıladı - VİDEO
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?