Region
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
![](https://publika.az/storage/2024/05/26/screenshot_32.jpg?v1722039730)
Ermənistanın Lori rayonunda Debed və Aqstev çaylarının məcrasından çıxması nəticəsində yüzlərlə insanın evi su altında qalıb, fərdi təsərrüfatlara milyonlarla dram məbləğində ziyan dəyib.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı iki nəfər ölüb, bir neçə şəxsin axtarışları davam edir.
Xilasedicilər Ermənistanın şimalında su basmış ərazilərdən 300 nəfərdən çox insanı təxliyə ediblər.
Bundan başqa, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti dəmiryol relslərində baş verə biləcək sürüşmə ilə əlaqədar İrəvan-Tbilisi-İrəvan reyslərini təxirə salıb.
Ermənistanın baş naziri Nikol Paşinyan təbii fəlakət bölgəsinə səfər edib.
***
Ermənistanda xilasedicilər ölkənin şimalında su basmış ərazilərdən 232 nəfəri təxliyə edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda bir ölüm faktı məlumdur. Hadisə yerində 320-dən çox xilasedicisi işləyir.
Xatırladaq ki, Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb. Yüzlərlə sakinin evi su altında qalıb. Gürcüstana gedən dövlətlərarası yol bağlanıb.
Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb və qısaqapanma nəticəsində partlayış baş verib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb.
***
Ermənistanda Debed çayı daşaraq bir sıra fəsadlar törədib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub. Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb. “Opel” markalı minik avtomobili çaya düşüb və 1 nəfər ölüb.
Alaverdidə evləri su basıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO