Bilgi.az
Dinozavrların uşaq bağçası olub – FOTO
Pensilvaniya Universitetinin paleontoloqları daşlaşmış 24 dinozavr balasının cəsədini tədqiq etdikdən sonra maraqlı bir qənaətə gəliblər. Sən demə, bala dinozavrlara "dayə" dinozavr qulluq edirmiş. Dinozavrların "uşaq bağçasına" getməsi haqda fikirlər "Cretaceous Research" jurnalında və universitetin press-relizində əksini tapıb.
Otyeyən psittakozavrların daşlaşmış qalıqları Çinin şimal-şərqində yerləşən İsyan əyalətində tapılıb. Əslində, dinozavr balaları 2005-cü ildə tapılıb, lakin sonradan bu sümüklər rentgen şüalarından keçərək mikroskop altında tədqiq edilib.
Analizlər nəticəsində "dayə" ilə yanaşı, dinozavr balalarının vulkanik mənşəli süxurlarla əhatə olunduğu aşkara çıxıb. Bu isə heyvanların vulkan püskürməsi nəticəsində həlak olması qənaətinə gəlməyə əsas verir. Onların onurğa sütunun eyni istiqamətdə yerləşməsi də bunu sübut edir.
Tapılmış 24 psittakozavr (yaşları 120 milyon ildir) eyni ölçüdə olub. Alimlər əvvəlcə bunun yumurtadan çıxmamış embrion hesab ediblər. Lakin ətrafda yumurta qabıqları aşkar edilməyib. Bundan əlavə, dinozavrların sümükləri embriondan çox inkişaf edib.
Bala dinozavr sümükləri arasında aşkar edilmiş iri kəllə sümüyünü araşdırarkən onun 4-5 yaşda öldüyü ortaya çıxıb. Dinozavrlar cinsi yetişkənliyə 8-9 yaşda çatırmışlar. Bu dinozavr isə valideyn ola bilməzdi. Ola bilsin, bu balaların böyük bacısı (və ya qardaşı) olub və bala psittakozavrlara"dayəlik" edib.
Nura
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...