Bilgi.az
Dünyanın 10 ən qeyri-adi çiçəyi - FOTOLAR
Qızılgül, qərənfil, lalə, zanbaq, səhləb çiçəyi və s. güllərə
gündəlik həyatımızda tez-tez təsadüf edirik. Romantik görüşlər
zamanı, bayramlarda insanlar bir-birini al-əlvan güllərlə
sevindirirlər. Lakin 270 min çiçək növünün olduğu dünyada insanları
heyrətləndirəcək və şoka salacaq güllərə də rast gəlmək mümkündür.
Belə gülləri nəinki hədiyyə etmək, heç ona yaxın getmək belə
məsləhət deyil.
Publika.az dünyanın ən qeyri-adi 10 bitkisini təqdim edir.
Raffleziya (Raffflesia Arnoldii)
Raffleziya bitkisi kökü və yarpaqları olmayan parazit bitki hesab
olunur. Daxilində 5-7 litr su ehtiyatı toplaya bilən Raffleziya
daha çox Filippin, Sumatra, Yava və Kalimantan adalarında
bitir.
Titanik Amorfofallus (Amorphophallus)
Titanik Amorfofallus ən böyük tropik bitki hesab olunur. Kəskin pis
iyə malik bitki 2 gün ərzində 2,5 metr hündürlüyə, 1,5 metr
diametrə malik çiçək aça bilirlər. Əsasən İndoneziyanın Sumatra
adasında rast gəlinən bitki uzun illər boyu amansızcasına məhv
olunub. Buna görə də Titanik Amorfofallusa hazırda daha çox nəbatat
bağlarında rast gəlinir.
Volfiya (Wolffia Angusta)
Volfiya dünyanın ən kiçik güllərindən sayılır. Onun ölçüsü 0,5-0,8
mm arasında dəyişir. Əsasən su üzərində yaşayan bu bitki öz adını
alman entomoloqu Yohan Volfun adından götürüb.
Bənzərsizlik Psixotriyası (Psychotria Elata)
Dünyanın ən ehtiraslı gülü sayılır. Tünr-qırmızı rənginə görə el
arasında bu gülə "isti dodaqlar"da deyirlər. Adətən isti və
nəmişliyi sevən Bənzərsizlik Psixotriyası gülünə daha çox Mərkəzi
və Cənubi Amerikada rast gəlinir.
Kalaniya Səhləb çiçəyi (Caleana Major)
Bu növ səhləb çiçəkləri daha çox uçan ördək təəssüratı yaradır.
Bitkinin özü 50 sm hündürlüyə malik olsa da, çiçəyi 2 sm-lik çiçək
aça bilir. Klaniya Səhləb çiçəyi ancaq Şərqi və Mərkəzi
Avstraliyada bitir.
Seksual Səhləb çiçəyi (Drakaea glyptodon)
Seksual Səhləb çiçəyi də yalnız Avstraliyada mövcud olan bitkidir.
Dişi arıların ifraz etdiyi feromenlərlə eyni feromenləri ifraz
etdiyi üçün bəzən erkək arıların diqqətini özünə cəlb edir.
Bitkinin "seksual" adlandırılması da məhz bununla bağlıdır.
Afrika Hidnorası (Hydnora Africana)
Əsasən Afrikanın quraq bölgələrində bitən hidnora parazit bitki
kimi qonşuluğundakı bitkilərin kökləri ilə qidalanır. Əsasən
torpağın altında olsa da, cüzi yağıntıdan sonra yerin üzünə çıxır.
Bu zaman Afrika Hidnorasının maksimum hündürlüyü 15-20 sm-ə çatır.
Hidnora ətrafa saçdığı iyə görə ona yaxınlaşan bitkiləri yeməklə də
qidalanır.
Passiflora (Passiflora Alata)
500-ə qədər müxtəlif növü olan Passiflora 10 sm diametrə malik
çiçək aça bilir. Onun əsas bitdiyi ərazilər Cənubi Amerika
ölkələridir.
Milçəkyeyən (Drosera)
Milçəkyeyən üzərindəki yaş damcılar hesabına milçək və digər
müxtəlif böcəkləri özünə cəlb edir və onlarla qidalanır. Bu
bitkilər əsasən Cənubi Amerika bataqlıqlarında və cəngəlliklərində
yaşayırlar.
Nepentes Attenboro (Nepenthes Attenboroughii)
2000-ci ildə Filippinin Palavan adasında 3 alim tərəfindən aşkar
olunan Nepentes Attenboro bitkisi bu günə qədər tədqiqatlara məruz
qalan, maraqlı formalara malik bitkidir. Əsasən gəmiricilərlə
qidalanan bitkinin dövrümüzə necə gəlib çatması ilə bağlı elmi
mübahisələr davam etməkdədir. Hazırda İngiltərənin Maakferson
laboratoriyasında Nepentes Attenboro-nun tədqiqatı aparılır.
(modern.az)
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb