Bilgi.az
Ceyms Bond Bakı xatirələrindən danışdı - Video
Hollivudun tanınmış aktyoru Pirs Brosnan Azərbaycan haqqında danışıb.
Tabloid.az xəbər verir ki, məxfi agent Ceyms Bond rolu ilə tanınan məşhur aktyor hazırda Moskvadadır. "Noyabr adamı" filminin premyerasından dolayı Moskvaya səfər edən aktyor mətbuat konfransında Bakı haqqında xatirələrini bölüşüb:
"Yadımdadır ki, orada hər yerdə neft buruqları gördük, bu, mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox mehriban qarşıladılar. Azərbaycandan çoxlu balıq kürüsü ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram".
Xatırladaq ki, 1999-cu ildə Ceyms Bond haqqında filmin bir hissəsi məhz Bibiheybət buxtasında çəkilib.
"Dünya bəs eləməz" ("The world is not enough") adlı 19-cu bölümdə həmin dövrdə çox aktual olan Bakı-Ceyhan kəmərinin çəkilməsi, Xəzər neftinin Qərbə çatdırılması mövzusuna toxunulurdu.
Filmdə baş rolları Pirs Brosnan, Sofi Marso, Cudi Denç, Deniz Riçards, Robert Karlayl oynayıblar.
Tabloid.az filmin Azərbaycanda çəkilən məşhur kadrlarını təqdim edir:
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO