Bilgi.az
“Sevgi cihadı”: müsəlman gənclər Hindistanda buddist və katolik qızların “ovu”na çıxıb
"Sevgi cihadı" ifadəsi 10 il əvvəl siyasi leksikona daxil olsa da, indi Hindistanda çox populyardır.
Milyonlarla hindistanlı inanır ki, onların ölkəsində buddist və xristian qızları sevgi ilə yoldan çıxarıb islama dəvət edən gənc müsəlmanlardan ibarət gizli təşkilat var.
Guya bu təşkilat xaricdən maliyyələşir və son məqsədi bütün Hindistanda islamı yaymaqdır.
Daxili gərginlik
Hindistan cəmiyyətində müsəlmanlar xüsusi yer tutur. Yumşaq desək, onlara qarşı münasibət yaxşı deyil. Britaniya imperiyası çökəndə etnik münaqişələrdə 10 minlərlə insan həlak oldu. 12 milyon insan qaçqın düşdü. Nəticədə müsəlmanlar öz dövlətlərini yaratdılar. "Pakistan" sözü də elə pak insanların məskəni mənasını verir.
Hindistanda qalan müsəlmanlar isə azlığa çevrildilər. Halbuki, sayları milyonlarladır.
Uzun illər hakimiyyətdə olan Hindistan Milli Konqresinin səylərinə baxmayaraq, etnik qarşıdurmalar zaman-zaman baş verir. 1989-cu ildə Bixarda yüzlərlə müsəlman öldürüldü.
1992-ci ildə isə Aydxya şəhərində məscid uçurulduqdan sonra yaranan qarşıdurmalarda iki min insan həyatını itirdi. 2002-ci ildə də Qudcarat ştatında radikallar mindən çox müsəlmanı öldürdü.
Ölkədə müsəlmanlar həmişə "5-ci dəstə" hesab edilib. Hərçənd, Pakistanla müharibə zamanı müsəlmanlar öz ölkələrinə sadiqlik göstərərək Hindistan uğrunda din qardaşları ilə savaşa getmişdilər.
Nikah qalmaqalı
Hər şey 2009-cu ildə cənubdakı Kerola ştatında başladı. Yerli kütləvi informasiya vasitələri sensasiyalı xəbər verdilər. Guya müsəlmanların "Hindistan Milli Cəbhəsi" düşərgələr açıb və orada gənclərə "sevgi cihadı" öyrədirlər. Təlim keçmiş müsəlman gənclər isə buddist və xristian qızları ələ alaraq onları islamı qəbul etməyə məcbur edirlər.
Dəhşətli statistika sadalanırdı. On minlərlə qadın guya islamı qəbul edib.
Katolik kilsəsinin başçısı, ən azı, 4 min xristian qızın islamı qəbul etməsi ilə bağlı hay-küy saldı.
Tarixdə ilk dəfə olaraq buddist və xristian təşkilatlar müsəlmanlara qarşı vahid cəbhə yaratdılar. Maraqlı burasıdır ki, Kerola Hindistanın ən varlı ştatlarından biridir. Əhalinin əsas hissəsi savadlıdır. Bura gələn turistlərin də sayı çoxdur. Məhz bu ştatda islamı könüllü qəbul edənlərin sayı maksimuma çatır. Çünki islamı qəbul edən tacirlər, iş adamları ərəb ölkələri ilə yaxşı ticarət əlaqələri qura bilir.
Nikah məsələsi ilə bağlı istintaq bir neçə ildir ki, davam edir.
Nəhayət, Kerola ştatının baş naziri Omon Çandi bəyanat verib ki, on minlərlə qadının islamı qəbul etməsi boş söhbətlərdir. Könüllü müsəlman olan qadınların sayı Kerolada cəmi 2267 nəfərdir. Onlardan da cəmi 407 nəfəri əvəllər katolik olub.
Bununla belə, katolik keşişlər hesab edir ki, hökumət baş verən hadisənin miqyasını gizlədir və olanları ört-basdır etməyə çalışır.
Nə bilmək olar, bəlkə də, onlar haqlıdırlar. Çünki Hindistandakı müsəlman gənclər internetdə son vaxtlar çox fəallaşıblar.
"Sevgi cihadı" davam edir.
İlqar Atabəyli
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)






















