Bilgi.az
İlk dəfə nə vaxt insanlar cinsini dəyişib? – FOTO
Amerika kolleclərinin birində kitabxana anbarında "Səhvən qız hesab edilən oğlanın hadisəsi" adlı kitabça tapılıb. Kitabçada 18-ci əsrdə cinsin dəyişdirilməsi üçün keçirilən ilk əməliyyatdan danışılır.
Kitabçanı cərrah Tomas Brend yazıb. Həkim kitabçada cinsin necə dəyişdrilməsi haqda danışır. 1787-ci ildə buraxılmış kitabçada 7 yaşlı oğlanın valideynləri tərəfindən həkimə gətirilməsi təsvir olunur. Onlar oğlanın qasığından şikayət ediblər.
Xəstəni müayinə edən Brend oğlanın zahiri görkəmində "qeyri-bərabərsizlik" görüb.
Brend yazır: "Müayinə zamanı uşağın qadın orqanlarına malik olmasını zənn etdim. Lakin diqqətlə baxdıqda bunu qadın yox, məhz kişi orqanları olduğunu gördüm".
Cərrah uşaqda ətə bitişmiş kişi orqanını kəsərək "azad" edib. Bundan sonra adı açıqlanmayan uşaq fiziki ehtiyaclarını ayaq üstdə ödəyə və şalvar geyinə bilib. Həkim Brendin qeydlərində digər xəstələr və uşağın valideynləri haqda məlumat verilmir.
Həkim özü əməliyyat nəticəsində uşağın cinsini dəyişdiyini etiraf edib. Onun sözlərinə görə cərrahi müdaxilə nəticəsində uşaq "düzgün" cinsə qayıdıb.
Hermafroditlərin mövcudluğunu inkar edən həkim yazıb: "Hermafrodit termini dişi və erkək orqanlarını özündə birləşdirən heyvanlara aid edilməlidir."
Kitabça 8 səhifə və 3 şəkildən ibarətdir. Şəkillərdə uşağın anatomiyası təsvir edilib. Bu hadisəni cinsin dəyişdirilməsi üzrə keçirilən ilk əməliyyat da hesab etmək olar. Tarixi sənəd Kanzas Universitetinin professoru Kerol Uorren tərəfindən aşkar edilib. Bu vaxta qədər cinsin dəyişdiriləməsi üzrə keçirilən ilk əməliyyat haqda məlumat 1840-cı ilə aid olan sənədlərdə qeyd olunub.
Nura
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı