Bilgi.az
Turistlər əfsanəvi ruhun şəklini çəkdi - FOTOLAR
Böyük Britaniyada yaşayan cütlük Dadli qəsrini ziyarət edib.
Ekskursiya zamanı cütlük bir neçə şəkil çəkdirib. Onlar xarabalıqlar arasında özləri də bilmədən əfsanəvi ruhu – Boz qadını da lentə alıblar.
Din və Emi Harper 3 uşağı ilə Uels-Midlens qraflığında yerləşən Dadli qəsrini ziyarət edib. Bu qəsr turistlər arasında öz qorxulu hekayələri ilə məşhurdur. Bu haqda olan əfsanələrdən biri də Boz qadın haqda olan hekayələrdir. Qəsri ziyarət edən ailənin məqsədi ruhları təqib etmək olmayıb. Harper ailəsi qədimi qəsri ekskursiya məqsədi ilə ziyarət edib. Onlar XVI əsrə məxsus olan qəsrin şəkillərini mobil telefon vasitəsilə çəkib. Sonradan isə ailə çəkilmiş fotoları nəzərdən keçirərkən qəribə bir mənzərə ilə rastlaşıb. Fotoya diqqətlə baxdıqda şəffaf rəngli təsvir gözə dəyib. Görüntüdə boz rəngli qadının yanında uşağı da olub.
Əfsanəyə görə, qəsrdə doğuşdan sonra qızının ölümünə dözməyən Doroti Bomontun ruhu gəzişir. O, ölərkən 2 arzusu olub: qadın qızının yanında basdırılmasını və ərinin dəfn mərasimində iştirak etməsini istəyib. Yerli əhalinin sözlərinə görə, Dorotinin heç bir arzusu həyata keçirilmədiyindən, onun ruhu hələ də qədimi qəsrdə gəzişir və qızını axtarır.
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO