Bilgi.az
Kosmosdan siqnal: yadplanetlilərdən cavab gəldi – VİDEO
Elm adamları illərlə iddia edirdilər ki, yadplanetlilər yoxdur və bu barədə olan informasiyalar boş söz-söhbətdən başqa bir şey deyil.
Bunun əksini idia edən alimlər isə avtomatik olaraq "çaşanlar ağıllılar" siyahısına düşürdü. Düzdür, ABŞ-da yerləşən məxfi "51-ci zona" haqda kütləvi informasiya vasitələrində yazılar gedirdi. Məlumatlara görə, ABŞ hərbçiləri hələ uzaq 1948-ci ildə yadplanetlilərin bir gəmisini ələ keçiriblər. Həmin gəmi isə yuxarıda adını çəkdiyimiz bazada yerləşir. Lakin bu informasiya məxfi olduğundan onu tam əminliklə nə təsdiq, nə də inkar etmək olar.
Həmin bazada əvvəllər işləyən bəzi əməkdaşlar gördükləri barədə sonradan sensasiyalı məlumatlar verdilər. Ancaq məlumatı verənlərin çoxu zamanla ya müəmmalı şəkildə dünyaların dəyişdi, ya da qorxudularaq susmağa üstünlük verdilər.
Bir neçə il əvvəl isə hər şey dəyişdi. Kosmosa birinci orbital teleskop buraxıldı. Məlum oldu ki, ətrafımızda həyat qaynaya biləcək yüzlərlə, hətta minlərlə planet var. Bu, artıq elmi faktdır - demək, yadplanetlilər mövcuddur.
İndi alimlər daha effektli superteleskopun üzərində çalışırlar. Yeni teleskopun antennləri uzaq qalaktikalardakı ulduzları belə diqqətlə izləməyə imkan verəcək. Təsəvvür etmək çətindir, insanlar 100 işıq ili uzaqlığında yerləşən obyektləri öyrənəcəklər.
Artıq ilk nəticə var. Avstraliyanın Qərbi Sidney Universitetində (University of Western Sydney) işləyən astronom Raqbir Bxatal 20 ildən çoxdur ki, yad sivilizasiyaların axtarışı ilə məşğul olur. Alim hər gecə teleskopların qurulduğu meydançaya çıxaraq kosmosu müşahidə edir. Axır ki, onun əməyi öz bəhrəsini verib.
Bu yaxınlarda Raqbir Bxatal kosmosdan qəribə işıq siqnalı alıb. Siqnal lazer parıltısı şəklində görünüb. Astronom siqnalın göndərildiyi planeti də müəyyən edib.
Həmin planet astronomların bir müddət əvvəl kəşf etdikləri "Qlize 581 g"-dən (Gliese 581 g) göndərilib.
Bu artıq elmi dəlildir: yadplanetlilər həqiqətən mövcuddur.
İlqar Atabəyli
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO