Bilgi.az
Zirəddin Rzayevdən tükürpədici proqnoz: “Böyük bədbəxtlik görürəm”
Qarşıdan yeni il gəlir. 2015-ci ildə baş verəcək hadisələri Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev proqnozlaşdırıb.
Zİrəddin Rzayevin ANS PRESS-ə eksklüziv verdiyi proqnozları təqdim
edirik:
"Kosmosda qəribə halların baş verdiyini görürəm. Sanki göy yer
üzünü təhdid edir, hədələyir. 2020-ci ilə qədər kosmosda baş verən
hallar yer üzübə bədbəxtlik gətirəcək. Böyük və sonsuz suyun
ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq.
Amerikada güclü yanğınlar görürəm. Bu yanğın mənə cəhənnəmi
xatırladır. Vaşinqton və ona yaxın olan yerlərdə təbii fəlakətlər
aktivləşəcək. Xüsusən zəlzələ və qasırğalar tüğyan edəcək.
2015 və 2016-cı illər Amerikada çoxlu vulkan püskürməsinin şahidi
olacağıq.
2015-ci il ictimai sabitlik baxımından Moldova, Qazaxıstan üçün də
bir o qədər uğurlu olmayacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin sonlarında öz
sağlamlığından ehtiyatlı olmalıdır. Mən onda ürək-qan damar sistemi
və beyin qan dövranında, o cümlədən endokrinik sistemində
rahatsızlıq görürəm. İnfark və insult xəstəlikləri onu təhdid edir.
Əgər bu il müalicə olunsa və sağlamlığını diqqətdə saxlasa, xilas
olma ehtimalı var.
İlin ortaları Yaponiyada yenidən təbii fəlakətlər, xüsusən yeraltı
təkanlar özünü göstərəcək.
İtaliyada təbii fəlakətlər olacaq. Orada ictimai qorxu
yaranacaq.
Məkkə və Mədinədə ağ tüstü görürəm. Bu, mənə dumanı xatırladır. Bu
görmənin nədən xəbər verdiyini anlaya bilmirəm. Hislərim mənə bir o
qədər xoş şeylər demir.
Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və
böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada
helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox Şərqi
xatırladır.
2015-ci ilin ilk yarısı Rusiya və Amerika münasibətləri
gərginləşməyə başlayacaq. Ancaq bu gərginlik müharibəyə səbəb
olmayacaq.
2015-ci il Rusiya üçün iqtisadi baxımdan bir o qədər də uğurlu
olmayacaq. Lakin Rusiya bu gərginliyi uğurla başa vuracaq. 2016-cı
ilə qədər istisadi baxımdan Rusiya özünü tədricən doğruldacaq.
Rusiya təhlükəsizlik baxımından nəzarəti daha da gücləndirməlidir.
Xüsusən də nəqliyyatla bağlı məsələlərdə diqqətli olmalıdır.
Rusiya tarixin yeni sınaqlarını yaşamasına baxmayaraq, onu böyük
uğurlar gözləyir. Yaşanılan ağır sınaqlar Rusiyada immunitet
yaradacaq. Bu çəkişləmələrdə Rusiya daha da güclənəcək.
2015-ci ilin yay fəslində bir çox ölkələrdə havalar anomal
keçəcək.
Növbəti iki il müddətində yaz-yay fəslində atom bombasını
xatırladan güclü və dəhşətli partlayış olacaq. Dəhşətli partlayışda
çox sayda insanlar öləcək.
Qərbdən Şərqə gələn bir çox qida məhsulları insanlara ölüm
gətirəcək. Çox sayda insanları təhlükədə görürəm.
Allah hər şeyin doğrusunu biləndir. Onun bizə verdiyi elmdən başqa
heç nə qavraya bilmərik. Hər şey Onun ixtiyarındadır".
Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə
söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik
olmayacağını deyən Zirəddin Rzayev ölkəmizlə bağlı proqnoz
verməkdən imtina etdi.
Proqnozun verilmə tarixi: 2014-cü ci il 27 noyabr.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA