Hansı peşə sahibləri daha çox şorgöz olurlar? – QƏRİBƏ ARAŞDIRMA
Bizi izləyin

Bilgi.az

Hansı peşə sahibləri daha çox şorgöz olurlar? – QƏRİBƏ ARAŞDIRMA

Kanadada məşhur internet saytlarından biri qəribə araşdırma aparıb. Saytın əməkdaşları sorğular əsasında hansı peşə sahiblərinin daha çox şorgöz olduğunu müəyyənləşdirməyə çalışıblar.

Publika.Az-ın məlumatına görə, araşdırma zamanı kişilər arasında ən çox mühəndislər, qadınlar arasında isə müəllimlər həyat yoldaşlarına xəyanət edirlər.

11453 kişi arasında aparılan araşdırmadan sonra məlum olub ki, 40 yaşında, 10 illik evli, iki uşaq atası olan kişilər xanımlarını daha çox aldadırlar. Ən çox şorgözlüklə məşğul olanlar isə mühəndislər və maliyyəçilərdir.

2865 qadın arasında aprılan araşdırma isə 30 yaşlı, 5 illik evli və 1 uşağı olan qadınların ərlərinə xəyanət etdiklərini ortaya qoyub.

Sorğuya əsasən ərlərinə ən çox xəyanət edənlər müəllimlərdir.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm