Bilgi.az
Marsda yeni həyat mənbəyi tapıldı - VİDEO
NASA-nın "Curiosity" aparatı Mars atmosferində metanın sıçrayışlarını ölçüb və Kamberlend qayasının qazılması zamanı çıxarılmış nümunələrdə üzvi molekullar aşkar edib.
Publika.az xəbər verir ki, alimlər bu, Marsda keçmişdə və indi həyatın mövcud olduğunu göstərir.
"Curiosity" aparatını idarə edən alimlər hələlik Marsda qazın
mənbəyini göstərə bilmirlər; qaz həm bioloji, həm də qeyri-bioloji
xarakterdə ola bilər. Lakin Yerdə metan qazının 95 faizi
mikroorqanizmlərdən daxil olur. Metanın heyvan mənşəli olduğunu
sübut etmək üçün əlavə araşdırmalar tələb olunur.
Qayanın qazılması zamanı tozaoxşar şəkildə aşkar edilmiş və karbon
qazını özündə saxlayan molekullar Marsda mikroorqanizmlərin
mövcudluğunu sübut etməyə bilər. Lakin onlar Marsda həyatın
yaranması üçün əlverişli şərtlərin olduğunu göstərirlər.
"Curiosity" aparatı Marsdakı Qeyl kraterinin yanındadır. Bundan
əvvəl aparatın apardığı araşdırmalar Marsın səthində bir vaxtlar
böyük gölün mövcud olduğunu göstərdi. Bundan başqa, alimlər güman
edirlər ki, Marsın atmosferi sıfır dərəcədən yuxarı temperaturu
saxlaya bilər.
"Curiosity" Marsa 2012-ci il avqustun 6-da çatıb. Onun əsas
vəzifəsi ətraflı geoloji və geokimyəvi tədqiqatlar aparılması,
planetin atmosferi və iqliminin öyrənilməsi, suyun və ya onun
izlərinin axtarışından ibarətdir. Aparat 75 santimetrə qədər
hündürlüyə malik maneələri dəf edə bilir və yerdə tam dönməyi
bacarır. Bu layihə NASA-ya 2,5 milyard dollara başa gəlib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı