Qocalanda gözünüz zəifləməyəcək – elmi kəşf
Bizi izləyin

Bilgi.az

Qocalanda gözünüz zəifləməyəcək – elmi kəşf

İngilis alimləri insanın qocalanda görmə qabiliyyətinin zəifləməsini aradan qaldıran yeni linza kəşf edib.

Publika.az-ın məlumatına görə, linza gözlərin hərəkətini təqlid edir. Bununla da yaşlı insanlarda katarakt, astiqmatizm və mioma kimi göz xəstəlikləri aradan qalxır. Fotoaparatların linzalarındakı zum xüsusiyyətinə malik linza uzaq məsafədə və işıqda effektini itirmir. Onlarla dəqiq görmək mümkün olur.

Plastik materialdan hazırlanan linzaların dəyişdirilməsinə ehtiyac olmur. Bu linzaların təxminən 4400 manata satılması gözlənilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm