Bilgi.az
Öküz qadını iki dəfə buynuzladı – FOTOLAR + VİDEO
Meksikada keçirilən öküz yarışlarında həyəcanverici anlar yaşanıb. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, 500 kiloqram ağırlığında olan heyvan qadın toreadoru düz iki dəfə buynuzlayıb.
Korrida zamanı Qamusino adlı öküz Karla de los Angeles adlı qadın toreadoru buynuzları ilə başının üstünə alaraq yerə çırpıb. Qeyd edək ki, Meksikada keçirilən öküz yarışları zamanı döyüşçü əlindəki alətlə heyvanı öldürməlidir. Lakin Karlanın bəxti gətirməyib. Öküz tərəfindən yerə çırpıldıqdan sonra o, həkim müayinəsindən keçərək, yenidən səhnəyə qayıdıb. Amma növbəti dəfə Karla daha ağır zərbə alıb.
Nəticədə 25 yaşlı Karla omba və aşağı ətraflarından kəsik və deşik yaraları alıb.
Korrida zamanı Qamusido adlı öküz artıq 3 nəfəri "xəstəxanaya göndərərək" sağ qala bilib.
Fransisko Franko dövründə İspaniyada və digər ölkələrdə qadınların öküz yarışlarına qoşulmasına icazə verilmirdi. Lakin bu qadağa artıq aradan qaldırılsa da, hələ də peşəkar qadın döyüşçülərə nadir hallarda rast gəlinir.
Nura
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO