Şirkət rəhbərinin qızı fındığın zibilinə düşdü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şirkət rəhbərinin qızı fındığın zibilinə düşdü – FOTOLAR

"Korean Air" Cənubi Koreya hava şirkətinin rəhbərinin qızı Ho Ço Hen 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Ho Ço Hen təyyarə davranış qaydalarını pozaraq ona fındığı düzgün təqdim etməyən stüardessanı göyərtədən qovdurmağa çalışıb.

Ço Hen uçuş marşrutunu dəyişməyə cəhdinə və hava şirkətinin əməkdaşına qarşı ləyaqətsiz hərəkətinə görə təhlükəsizlik qaydalarını pozub.

Qeyd edək ki, insident keçən ilin dekabrın 5-də baş verib. Hen ekipaj heyətindən ona boşqab əvəzinə bağlamada duzlu fındıq gətirən stüardessanı qovdurmağı tələb edib. Nəticədə, Nyu-York reysi 20 dəqiqə gecikib. Hen sonradan hərəkətinə görə üzr istəməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm