Yüzlüyü görüb komadan ayıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yüzlüyü görüb komadan ayıldı – FOTOLAR

Çinin Çjetszyan əyalətinin sakini olan Syao Linin komadan ayılmasına 100 yuan səbəb olub. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, hadisə 2014-cü ilin martında baş verib. Lakin hadisənin təfərrüatı indi yayılıb.

Çinli Şençjen şəhərinin xəstəxanasında yerləşib. Ayılmazdan bir neçə gün öncə xəstə barmaqlarını tərpətməyə başlayıb. O həmçinin gözlərini də açmaq iqtidarında olub. Lakin Syao Li bundan başqa heç bir fiziki fəallıq göstərə bilməyib. Onun diqqətini cəlb etmək üçün tibb bacılarından biri cibindən 100 yuanlıq əskinaz çıxardaraq, Syao Linin gözləri qarşısında yellədib. Pulu görən xəstə əlini əskinaza tərəf aparıb.

Syao Lini müalicə edən həkimin jurnalistlərə verdiyi məlumata görə, pul onun ayılması üçün stimul olub. Həkim deyib: "Syao Li sağalmasına baxmayaraq, hələ də əllərini sonadək aça bilmir. Onun ailəsi külli miqdarda puldan istifadə etməklə Syaonun diqqətini cəlb etməyə çalışır".

Qeyd edək ki, 30 yaşlı Syao 2013-cü ilin avqustunda kompüter salonunda huşunu itirib. Onun huşunun itməsinə bir həftə boyunca yuxusuz qalaraq, aramsız onlayn-poker oynaması səbəb olub. Nəticədə, onun beyninə qan damıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm