Şəkər xəstələrinə şad xəbər
Bizi izləyin

Bilgi.az

Şəkər xəstələrinə şad xəbər

Alimlər qanda şəkərin miqdarını daha rahat ölçmək üçün yeni kəşf ediblər.

Publika.az-ın məlumatına görə, Kaliforniya Universitetinin alimlərinin yeni kəşfi lent formasında cihazdır.

Dəriyə yapışdırılan lent birinci tip diabet xəstələrinin işini asanlaşdıracaq.

Sensor lent elektrokimyəvi reaksiya sayəsində qanda şəkərin miqdarını ölçə bilir. Nəticələr kabelsiz şəbəkə vasitəsilə analiz cihazına göndərilir.

Alimlər lent vasitəsilə qan analizindən daha tez nəticə əldə etməyin mümkün olduğunu açıqlayıblar. Bu analiz asan tətbiq edilir və ağrı hiss edilmir. Hazırda birinci tip diabet xəstələri gün ərzində 4 dəfə qanda şəkərin miqdarını ölçdürür. Bu da xəstələr üçün ağrılı prosedur hesab edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm