Bilgi.az
Aktyor seksual manyakla bağlı məhkəməyə çağırılacaq – FOTOLAR
Məşhur Hollivud aktyoru Eşton Katçer qətlə yetirilən keçmiş sevgilisi Eşli Ellerlə bağlı məhkəmədə ifadə verəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 14 il bundan qabaq aktyorluq fəaliyyətinə yenicə başlayan 23 yaşlı aktyor sevgilisinin evindən onun meyitini tapıb. 22 yaşlı tələbə və model Eşli Las-Veqasda yerləşən qumarxanada striptiz rəqqası kimi çalışırmış.
2001-ci ilin fevralında Eşton sevgilisinin arxasınca yollanıb, onlar "Qremmi" mükafatının təqdimat mərasiminə getməliydilər. Eşton sevgilisinin qapısının zəngini çalsa da, Eşli qapını açmayıb. Halbuki Eşlinin evində bütün işıqlar yanıb və onun maşını həyətdə olub.
Katçer pəncərədən evə boylanıb və yerdə gördüyü gölməçənin qırmızı şərab olduğunu düşünüb.
Sonra isə o, pəncərənin qarşısında cansız halda uzanan sevgilisinin meyitini görüb. Manyak qıza 47 bıçaq zərbəsi endirərək boğazını kəsibmiş. Qızın uzandırıldığı poza qətlin seksual motivlə törəndiyini sübut edirdi.
Qatil manyak 2005-ci ildə bir qızı da qətlə yetirib. 2008-ci ildə isə başqa bir qızı şikəst edib.
Məhz sağ qalan qız polisə müraciət edib. Polis Eşlinin qatilinin qonşuluqda yaşayan 32 yaşlı kondisioner ustası Maykl Qarqilo olduğunu müəyyən edib. 2008-ci ildən etibarən Qarqilo haqqında araşdırılma aparılıb. Yeni dəlil-sübutlar peyda olduqdan sonra məhkəmə Eşton Katçerin də ifadə verəcəyi növbəti dinləməsini keçirəcək.
Nura
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş