Bilgi.az
Termometrdən istifadə qaydaları
Hərarət termometr adlanan cihazla ölçülür.
Termometrlər müxtəlif cür olur. Termometr havanın, suyun, insanın
temperaturunun isti və soyuqluğunu təyin etmək üçündür. Sağlam
adamın bədənində temperatur sabit olur, səhər və axşam
temperaturları arasında az fərq olur. Belə hesab edilir ki, normal
temperatur 37 dərəcədən yuxarı qalxmamalıdır.
Uşaqlarda bədənin temperaturu bir qədər yuxarı, yaşlılarda isə bir
qədər aşağı olur. Düz bağırsaqda və uşaqlıq yolunda temperatur
qoltuq və qasıq nahiyələrində olduğundan 1 dərəcə yüksək olur.
Xəstə insanın bədəninin temperaturunu ölçmək və ona nəzarət etmək
lazımdır. Çünki bədənin temperaturunun dəyişməsi, onun
qalxıb-enməsi, xüsusən də qalxması qıcolmaya və başqa mənfi
nəticələrə gətirib çıxara bilər. Bədənin temperaturu ancaq tibb
termometri ilə ölçülməlidir.
Tibb termometri şüşə kapillyar borucuq şəklində olub, ucunda civə
ilə dolmuş rezervuar vardır. Borucuq Selsi ilə 34 dərəcədən 42
dərəcəyə qədər bölgüləri olan şkalaya bərkidilmişdir.
Tibb termometri maksimal termometrdir, belə ki, kapilyarlarının
üzərindəki damarla civəyə istilik təsiri qurtardıqda onun
geriyə-rezervuara axmasına mane olur. Civənin rezervuara qayıtması
üçün onu bir neçə dəfə silkələmək lazımdır.
Termometri yerə salmaq olmaz, yaxınlıqdakı əşyalara dəyməməsi üçün
ehtiyatlı olmaq lazımdır. Onu dibinə pambıq qoyulmuş və üstündən
dezinfeksiyaedici məhlul tökülmüş bankada və ya stəkanda
saxlayırlar.
Hər xəstənin temperaturunu ölçdükdən sonra məhlul olan qaba salıb
çıxarmaq və yaxşıca silmək, sonra silkəliyərək civəni 35 dərəcədən
aşağı salıb başqa xəstənin temperaturunu ölçmək olar.
Termometri xəstəyə verməzdən qabaq qoltuq çuxurunu yoxlayır və
yaxşıca silirlər. Termometri elə qoymaq lazımdır ki, civəli
hissəsinin hər tərəfi qoltuq çuxurunun ən dərin yerində bədənə
toxunsun.Termometr ən azı 10 dəqiqə qalmalıdır. Termometrlə bədənin
arasına paltar girməməlidir. Zəif xəstələrin qolunu kip tutmaq
lazımdır ki, termometr düşməsin.
Çox zəif və ağır xəstələrdə temperaturu düz bağırsaqdan ölçmək
olar, lakin burada istilik 0,5 ya da 1 dərəcə yuxarı olacaq.
Termometri bağırsağa salmamışdan qadaq vazelin, ya da hər hansı
yağla yağlamaq lazımdır. Xəstə böyrü üstə uzanmalı və qəti
tərpənməməlidir. Termometrdən istifadə etdikdən sonra onu təmiz
yumaq, spirtlə silmək, yaxud hər hansı dezinfeksiyaedici məhlulla
dezinfeksiya etmək lazımdır.
Uşaqların temperaturu qasıq büküşündən ölçülür. Bunun üçün uşağın
ayaqlarını çanaq-bud oynağında qatlayıb əmələ gələn büküşə
termometri qoyurlar.
Temperatur 37 dərəcədən yuxarı olduqda bu, hər hansı bir xəstəliyin
başlanğıcına işarədir. Əgər temperatur 38 dərəcədən yuxarı olarsa,
mütləq həkimə müraciət etməli və qızdırma salıcı dərmanlardan
istifadə olunmalıdır.
Civəli termometrlərdən başqa elektrotermometrlərdən də istifadə
edirlər. Bunlar kütləvi müayinələr aparmaq, müəyyən bir nahiyədə
dərinin və selikli qişaların ölçülməsi üçün əlverişlidir.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO