Bilgi.az
Lüt keşiş, çılpaq bəy və gəlin - FOTO
ABŞ-ın Virciniya ştatında yerləşən Sauthempton şəhərində "White Tail Chapel" kilsəsində lüt keşiş əlində İncili tutaraq vəz verir, İsa Məsihdən və həvariyunlardan danışır.
Kilsədə ibadətə yığışmış insanlar da çılpaq olur. Daha doğrusu,
onların arasındakı qadınlar çəkiliş aparıldığı üçün qismən
geyiniblər. Halbuki adi ibadətlərdə bu kilsədə əynində paltar olan
kimsə tapılmaz.
Kilsənin keşişi Allen Parkerin dediyinə görə, bu kilsə nudistlərə
məxsusdur.
"Hamımız çılpağıq və burada qəbahət heç nə görmürəm. Tanrı Adəmlə Həvvanı çılpaq yaradıbsa, biz niyə vücudumuzdan utanmalıyıq?! İbadətə gələnlər mömin xristianlardır və onlar da vəzlərimə diqqətlə qulaq asırlar. Çılpaq olsalar da, özlərini narahat hiss etmirlər. Əksinə, qəlblərindəki Tanrı eşqi, İsa sevgisi onları yeni doğulmuş körpələr qədər munis edir.
Çılpaq duaların da mənası budur: hamımız Tanrı qarşısında olduğumuz
kimi görünməli, göründüyümüz kimi olmalıyıq. İnsan maddiyyatdan
uzaq olmalıdır. İsa Məsih doğulanda çılpaq idi. Çarmıxa çəkiləndə
də, sonradan zühur edəndə də onun əynində paltar yoxdu", - keşiş
Allen Parker deyib.
Yerli nudist icmanın kilsəsinə yığışanların bəziləri elə burada
nikahlarını kəsiblər.
Təbii ki, nikah zamanı bəylə gəlin də çılpaq olublar.
"Toyumuzda buraya gəldik. Nikah zamanı çılpaq idik. Amma xanımım bir qədər utandı, əyninə ağ mayka geyindi. Sonra təbii ki, soyundu və toyda tam çılpaq olduq. Əsla utanmadıq. Niyə də utanmalıydıq ki?! Özümüzü olduğumuz kimi qəbul etməli, bir-birimizi sevməliyik", - kilsədə daim ibadət edənlərdən biri Adam Seynvic deyib.
Toyda lüt olan digər bəylə gəlin Robert və Ketidir. Onlar da çılpaq
olmalarından əsla utanmadıqlarını söyləyiblər.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ