Bilgi.az
“Coca-Cola” haqqında yazılanları təkzib etdi
“Coca-Cola” şirkəti məhsullarında 4-MEI və kokain 4-MEI maddələrinin olması barədə dərc olunmuş xəbərlərlə bağlı açıqlama yayıb.
Şirkətdən bu barədə ANS PRESS-ə daxil olmuş məlumatda deyilir:
Bizim məhsullardakı karamel boyası təhlükəsizdir. İstehsal
prosesinin yan məhsulu olan 4-MEI maddəsini izlərini qənnadı
məhsullar, peçenyelər, kartof çipsləri, pivə, kökələr də daxil
olmaqla qənnadı boyalar işlədilən çox məhsullarda, o cümlədən bizim
bir sıra içkilərimizdə aşkarlamaq olar. Amma onun səviyyəsi
həddindən aşağıdır və bütün dünya requlyatorları tərəfindən icazə
verilir.
Kaliforniya ştatının ayrı-ayrı ərzaq məhsullarının üzərində
4-MEI-nin səviyyəsini göstərən xəbərdarlıq işarəsinin göstərilməsi
ilə bağlı tələbinə riayət etmək üçün biz öz təchizatçılarımızdan
bizim qənnadı məhsullarında 4- MEI-nin səviyyəsini azaltmağı xahiş
etmişik. Elmi tədqiqatlar isə ştatın mövqeyini təsdiqləmir və
əhalinin sağlamlığı üçün heç bir risk yoxdur.
Bizim başladığımız işlər nəticəsində Kalifoniyada məhsullarımızın üzərində əsassız 65-ci Əsasnamə xəbərdarlığı və yazıları olmayacaq. Amma bu, dünyanın müxtəlif yerlərində müxtəlif məhsullar dəsti təqdim etməyə əsas vermir. Təbii ki, biz öz loqistika fəaliyyətimizi qlobal səviyyədə genişləndirməyi planlaşdırırıq. Şübhə etməyə bilərsiniz, dəyişidirilmiş qənnadı məhsulları olub-olmamasından asılı olmayaraq, bizim bütün məhsullarımız təhlükəsizdir.
“Coca-Cola”nın tərkibində kokain və ya başqa zərərli maddə yoxdur
və kokain heç zaman bir komponent kimi “Coca-Cola”ya daxil
edilməyib. Əslində, “Coca-Cola”ya əlavə edilən təbii
aromatizatorlar və başqa xarakterik özəlliklər 1886-cı ildən
dəyişməz olaraq qalır. Bunun əksi ilə bağlı verilən istənilən
açıqlamanın heç bir əsası yoxdur.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO