Bilgi.az
Dünyanın ən qəmli bəy və gəlini - VİDEO, FOTO
Çinin paytaxtı Pekin indi dünyada havası ən çirkli olan meqapolislərdən biridir. Beynəlxalq təşkilatların hesablamalarına görə, Pekində havanın çirklənmə səviyyəsi normadan ən azı 10 dəfə artıqdır.
Pekində havanın çirkliliyi bəzən elə bir həddə çatır ki, Günəş
şüalarının şəhərə düşməsinin qarşısını alır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, pekinli iki gənc
toylarında havanın çirklənməsi məqamına diqqəti çəkmək üçün
ekstravaqant fotoseriyaya çəkiliblər.
Təzə bəylə gəlin toyda əleyhqazlarda olublar və bu görkəmdə də
bütün fotolara çəkiliblər.
Çəkiliş Pekindəki Quomao körpüsünün yanında başlanıb, sonra şəhərin şimal səmtlərində davam etdirilib.
Pekindəki hava çirklənməsinin səviyyəsini aşağı salmaq üçün 147
sənaye müəssisəsi bağlansa da, ilin əksər günlərində şəhər
sakinləri üzlərində tənzif maska dolaşmaq məcburiyyətində
qalırlar.
Çin Kənd Təsərrüfatı Universitetinin Su Təsərrüfatı və Mülki
Tikinti Kollecinin (China Agricultural University’s College of
Water Resources and Civil Engineering) tələbəsi ola Hi Donsian sevgilisinə "əleyhqaz ideyası"nı deyəndə
qız əvvəlcə razılaşmayıb, amma sonra fikrini dəyişib.
"Dünyanın ən qəribə, ən qəmli toyu oldu. Eyb etməz, narazı deyilik.
Təki Pekində nələr yaşandığından dünya xəbər tutsun", - Hi Donsian
deyib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi