Bilgi.az
Ən bahalı pendir uzunqulaq südündən hazırlanır
Bu vaxta kimi ən bahalı pendirin səhvən keçi və inək südündən hazırlandığı düşünülüb. Lakin dünyanın ən bahalı südü uzunqulaq südündən hazırlandığı bəlli olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiyada uzunqulaq südündən hazırlanan pendirin 45 qramı 1000 dollardır. Adı çəkilən pendir xüsusi tamı və duzluluğu ilə fərqlənir.
İş ondadır ki, uzunqulaq çox süd hasil etmir. Ferma işçiləri südü əldə etmək üçün uzunqulağı gün ərzində 3 dəfə əllə sağmalı olur. 15 uzunqulaq sağıldıqdan sonra onların südü birlikdə 4 litr edir. 45 qram pendir almaq üçünsə 13 litr süd lazımdır. Serbiyada yerləşən "Zasavica" təbii qoruğunda saxlanılan uzunqulaqlar məhz pendir hazırlamaq üçün bəslənilir. Ferma ildə 90 kiloqram pendir hasil edir.
Uzunqulaq pendiri demək olar ki, 2012-ci ildən etibarən dəbə minib. Həmin ildə serbiyalı tennis ulduzu Novak Cokoviç məhz bu pendirin sayəsində yarışı qalib gəlməsi haqda şayiələr yayılıb. Elə o vaxtdan başlayaraq, pendirin 45 qramı bazarda 1000 dollara satılmağa başlayıb.
Deyilənə görə, uzunqulaq südü çox qidalıdır və uşaqların immun sistemini gücləndirir. Bundan əlavə, Misir kraliçası Kleopatra dərisinin cavan qalması və müalicəsi üçün uzunqulaq südündən istifadə edib.
Nura
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO