Hadisə
15 yaşlı qıza cinsi təcavüz edən müəllimə İŞ KƏSİLDİ
Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib. Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqadan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.
"15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?!
Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə M.Zeynalova statusunda qeyd edib.
Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR