Qadın ərinin 22 yaşlı sevgilisinin evinə getdi və... - XƏYANƏT CİNAYƏTİ
Bizi izləyin

Kriminal

Qadın ərinin 22 yaşlı sevgilisinin evinə getdi və... - XƏYANƏT CİNAYƏTİ

Türkiyənin İzmir şəhərində qadın ərinin sevgilisini güllələyib.

Publika.az “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, Ödemiş qəsəbəsində yaşayan 29 yaşlı N.E. taksi sürücüsü olan həyat yoldaşının 22 yaşlı C.K ilə qeyri-rəsmi münasibətdə yaşadığını öyrənib. O, ərinin gənc sevgilisinin ünvanını öyrənərək silah əldə edib və həmin evə gedib. 2 uşaq anası olan qadın burada 22 yaşlı C.K ilə mübahisə edib. O, daha sonra tapançanı çıxararaq 3 dəfə atəş açıb. Güllələrdən biri 22 yaşlı qızın qarnına tuş gəlib və o, səsə yığılan qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Evli kişi ilə sevgi münasibəti quran qızın vəziyyətinin ağır olduğu bildirilir.

Bildirilir ki, ərinin sevgilisini güllələyən qadın hadisədən sonra qaçaraq gizlənib. Silahlı şəxsin tutulması istiqamətində iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm