Universitet Bakıda öldürülən tələbə ilə bağlı MƏLUMAT YAYDI (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Universitet Bakıda öldürülən tələbə ilə bağlı MƏLUMAT YAYDI (YENİLƏNDİ)

Azərbaycan Texniki Universiteti bıçaqlanaraq öldürülən tələbə barədə məlumat yayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin Publika.az-a verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Elman Elyar oğlu Xəlilov Nəqliyyat fakültəsinin II kurs tələbəsidir.

“Bizdə olan qeyri-rəsmi məlumata görə, Elman uşaqlıq dostu Rauf İlqar oğlu Murquzov tərəfindən qətlə yetirilib. Bildirmək istərdik ki, hadisə dünən, 23 dekabrda istirahət günü universitetdən kənarda baş verib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azərbaycan Texniki Universiteti olaraq tələbəmiz Xəlilov Elman Elyar oğlunun vəfatından kədərləndiyimizi bildirir, onun yaxınlarına dərin hüzünlə başsağlığı veririk”.

*****

10:52

Bakıda qətl törədilib.

Publika.az xəbər verir ki, Nərimanov rayonu Atatürk prospekti, ev 2a-nın qarşısında Ağstafa rayonunun Dağ Kəsəmənli kəndinin sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Bildirilir ki, hadisəni törədən Rauf Murğuzav Dövlət Bədən Tərbiyəsi Akademiyasının, onun öldürdüyü Elyar Xəlilov isə Texniki Universitetin tələbəsi olub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm