Gəncədə Ucar sakinini amansızlıqla öldürdülər
Bizi izləyin

Kriminal

Gəncədə Ucar sakinini amansızlıqla öldürdülər

Gəncədə qətl törədilib.

Publika.az xəbər verir ki, dünən şəhər ərazisindən Ucar rayonunun Lək kəndində anadan olmuş və Gəncə şəhər Abbas Səhhət küçəsində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Döş qəfəsinə tuş gələn bıçaq zərbələri daxilə nüfuz etdiyindən 28 yaşlı Elçinin həyatını xilas etmək mümkün olmayıb.

Qətlin kim tərəfindən törədilməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm