Azərbaycana gələn əcnəbilərin daxili orqanlarından 392 qram...
Bizi izləyin

Kriminal

Azərbaycana gələn əcnəbilərin daxili orqanlarından 392 qram...

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Publika.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2019-cu il 02 yanvar tarixində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR vətəndaşları 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunub.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il 03 yanvar tarixində Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmədov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm