Bakıda qadının bank hesabından 5400 manat oğurlandı
Bizi izləyin

Kriminal

Bakıda qadının bank hesabından 5400 manat oğurlandı

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm