Penitensiar Xidmətin keçmiş əməkdaşına AĞIR CƏZA
Bizi izləyin

Kriminal

Penitensiar Xidmətin keçmiş əməkdaşına AĞIR CƏZA

Bakıda dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Mətləb İlyasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Mətləb İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib.

O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib.

Lakin sonradan Mətləb İlyasov verdiyi vədə əməl etməyib.

Mətləb İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham elan edilib.

Bu cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.

Mətləb İlyasov hökmdən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi isə hökmü ləğv edib. Qərarda bildirilib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.

Xatırladaq ki, Mətləb İlyasov Penitensiar Xidmətinin keçmiş əməkdaşı olub.

O, cinayəti törədən zaman təqaüddə olub.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm