Kriminal
Arvadının başqa kişilərlə əlaqəsindən şübhələndi və... - Bakıda ərdən DƏHŞƏTLİ ƏMƏL (YENİLƏNDİ)
Bakı şəhərinin Binəqədi rayonunda qadının həyat yoldaşı tərəfindən amansızlıqla öldürülməsi hadisəsi barədə bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Binəqədi kəndində fərdi evdə yaşayan 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib.
Tufan Qurbanov evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.
Qeyd edək ki, ailənin 3 övladı qalıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
10:28
Bakıda qətl törədilib.
Publika.az xəbər verir ki, Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını amansızlıqla qətlə yetirib. O, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, qadının boğazını kəsici alətlə kəsib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. T.Qurbanov saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Nizam
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO