Evə gəlib kişini döydülər, 1900 manat və maşının açarını aldılar – BAKIDA
Bizi izləyin

Kriminal

Evə gəlib kişini döydülər, 1900 manat və maşının açarını aldılar – BAKIDA

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alınmasını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm