Bakıda gecə saat 3-də ƏMƏLİYYAT – 14 və 15 yaşlı iki oğlan ələ keçdi
Bizi izləyin

Kriminal

Bakıda gecə saat 3-də ƏMƏLİYYAT – 14 və 15 yaşlı iki oğlan ələ keçdi

Bakıda oğurluğa cəhd edən yeniyetmələr tutulub.

Publika.az xəbər verir ki, gecə saat 03 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, rayonun Ə.Vəliyev küçəsində yerləşən “Eleqant” marketdən daxil olmuş “həyəcan” siqnalı yoxlanılıb.

Bu zaman obyektin giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərmiş iki nəfər şübhəli şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılıb. Onlar ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Polis Şöbəsində araşdırma zamanı saxlanılan şəxslərin paytaxt sakinləri 2004-cü il təvəllüdlü Həsənov Ayxan İlham oğlu və 2003-cü il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm