Faiq Ağayevdən şok etiraf: "Ona görə Moskvaya köçdüm və..."
Bizi izləyin

Magazin2

Faiq Ağayevdən şok etiraf: "Ona görə Moskvaya köçdüm və..."

Bir ara sənətə xəyanət etdim. Səhnədən getdim, o da sevgiyə görə getdim. Moskvaya köçüb 1 il 2 ay orda yaşadım. Təbii ki, bunun səbəbi "Sənə milyonların sevgisi məndən daha artıqdır" kəlməsi idi. Məndən də nəsə əldə etmək istəyirsinizsə, gərək deyəsiniz ki, bacarmazsan. Mən dedim, hə, yaxşı... Getdim və maraqsızlaşdım. Özüm üçün də, onun üçün də maraqsızlaşdım.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev Kamran Ağabalayevin Baku tv-də yayımlınan "Qapqara" verilişində qonaq olarkən deyib. Sənətə xəyanətdən söz açan ifaçı etiraf edib ki, illər əvvəl sənətini sevgisinə qurban verib və sonradan peşman olub.

"Başa düşdüm ki, sənətlə məhəbbət birlikdə olmalıdır. Ayrı-ayrılıqda çətindir. Məhəbbətsiz sənətdə yaşamaq olur, amma sənətsiz məhəbbət yaşamaq çətindir", - artist qeyd edib.

Sənətçi sənətini kimə görə, qurban verdiyini isə açıqlamayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm