Baş Prokurorluqdan feysbuk statusu ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Kriminal

Baş Prokurorluqdan feysbuk statusu ilə bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq edib..

Publika.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, xəbərdarlıq O.Gülalıyevin feysbuk statusu ilə bağlıdır.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir: “Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü “hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilmişdir.

Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm