Qorxunc olay: 3 yaşlı qız naməlum şəkildə yoxa çıxdı - Bir həftə sonra isə... - - FOTOLAR
Bizi izləyin

Kriminal

Qorxunc olay: 3 yaşlı qız naməlum şəkildə yoxa çıxdı - Bir həftə sonra isə... - - FOTOLAR

Türkiyənin Qars şəhərinin Sarıqamış ilçəsində yaşayan 3 yaşlı Nurcan Sadə anidən evlərinin qarşısından yoxa çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, azyaşlının cansız bədəni bir həftə sonra dərədə tapılıb.

Onun axtarışlarında jandarm qüvvələri ilə yanaşı, təlim keçmiş itlər də iştirak edib. Axtarış əməliyyatlarının 3-cü günündə Nurcanın ətəyi kənddən 4 km uzaqda tapılıb. 6-cı gün isə onun ayaqqabıları çay kənarında aşkarlanıb. Atası 2 dəfə axtarış heyətindən həmin əraziyə baxmağı istəyib. Lakin nəticə əldə olunmayıb. Daha sonra onun cansız bədəni dərə kənarında tapılıb.

Qeyd edək ki, Nurcan Yadigar və Xeyrəddin cütlüyünün 8 övladından 7-cisi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm