Bakı bulvarındakı dəhşətli hadisədə ölən şəxsin ADI MƏLUM OLDU
Bizi izləyin

Kriminal

Bakı bulvarındakı dəhşətli hadisədə ölən şəxsin ADI MƏLUM OLDU

Dünən Bakı bulvarında özünü dənizə ataraq intihar edən gəncin şəxsiyyəti müəyyənləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə sürahini adlayaraq özünü dənizə atan şəxsin Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Hacıyev Elvin Akif oğlu olması müəyyən edilib. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 23 yaşlı Elvinin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar olaraq Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. İntiharın səbəbləri araşdırılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm