Kriminal
Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR
Bakıda 70 yaşlı qayınanasını döyərək öldürən Mədinə Şıxabdulova hadisənin təfərrüatını açıqlayıb.
Publika.az Xəzər TV-yə istinadən məlumat verir ki, cinayət hadisəsi ötən gün paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.
Ailənin gəlini Mədinə Şıxabdulovanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini vurğulayıb.
“Qayınanam mənə hücum etdi, özümü müdafiə edirdim”, - deyə o bildirib.
Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi