Kriminal
Şəki polisinin tapa bilmədiyi şəxs şirkət və vətəndaşları necə aldadır? – ŞOK FAKTLAR
Şəki rayon sakini Elşən Nəbiyevin çoxsaylı dələduzluq əməlləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Elşən Nəbiyev “Azəri Fut” MMC-yə qarşı da dələduzluq edib. MMC-nin 43 min manatını mənimsəyib.
Bundan başqa, o, paytaxtda fəaliyyət göstərən mobil telefonların alqı-satqısı ilə məşğul olan "Susma-mobail" mağazasının sahibinə 5 min, Raqif Həsənova isə 9 min 300 manatın ələ keçirib.
Hər iki işlə bağlı Şəki rayon Məhkəmə nəzarəçiləri-icraçıları şöbəsinə məlumat daxil olub. Şöbədən bildirildiyinə görə, təqdimat verilib və Elşən Nəbiyevin tutulması üçün tədbirlər görülür.
Qeyd edək ki, o, Xocavənd rayon sakini Elvin Knyaz oğlu Quliyevə qarşı da dələduzluq edib.
Elvin Quliyev Teleqraf.com-a bildirib ki, “Mercedes-180” markalı avtomobili Bakı şəhərindəki 22 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamə əsasında Bakı şəhər sakini Murad Həsənovdan satıb: “Pula ehtiyacım olduğu üçün həmin avtomobili 2012-ci ildə Elşən Nəbiyevə satdım. Onunla avtomobilin qiymətini 6500 dollara razılaşdıq. İlkin olaraq Elşən mənə 1000 dollar verdi. Qalan 5500 dolları tezlikcə verəcəyini vəd etdi. Mən də avtomobili baş etibarnamə əsasında Elşənin sahibliyinə verdim.
Elşən Nəbiyev mənə 5500 manat borcu olması barədə öz xətti ilə iltizam yazıb verdi. Həmin vaxtdan indiyə kimi Elşən Nəbiyev mənə olan 5500 dolları qaytarmayıb. O, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir.
Elşən Nəbiyevin qanunsuz əməllərindən mülki qaydada Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim, hakim Mehman Nuriyevin sədrliyi ilə baş tutan iclasda iddia ərizəsi araşdırıldı, mənim xeyrimə qərar qəbul edildi.
Hakim sonda Elşən Nəbiyevdən 5500 ABŞ dollarının mənə verilməsi barədə qətnamə çıxardı. Qətnamə 2013-cü ilin oktyabrında icra olunması üçün Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra şöbəsinə göndərildi. Qətnamə icra məmuru Elşən Ziyəddinovun icraatına verildi.
Elşən Ziyəddinov qətnamənin icra edilməsi üçün Şəki rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə qətnamənin icrası üçün qərardad qəbul etdi. İcra sənədlərinə görə, qətnamənin 10 gün müddətinə icra etməsi barədə borcluya vaxt verilməsinə baxmayaraq, bu günə kimi heç bir tədbir görülməyib.
Sonradan sənədlər Cəlal adlı başqa bir icra məmuruna həvalə edildi, yenə heç bir tədbir görülmür.
Dəfələrlə Şəki rayon icra şöbəsinin rəisi Məzahir Məmmədova müraciət etmişəm. Həmişə eyni cavab verilib ki, borclunu tapa bilmirik. Hətta deyirlər, borclunun tapılması üçün polis orqanlarına müraciət olunub. Amma bir nəticə yoxdur.
İşimin həll edilməsini öyrənmək üçün dəfələrlə Məzahir müəllimə, həmçinin işi araşdıran icra məmuru Cəlal müəllimə müraciət etmişəm.
Bildirirlər ki, Elşən Nəbiyevi axtarışa veriblər. Onun tapılması üçün müvafiq sənəd Şəki şəhər polis şöbəsinin pasport qeydiyyat şöbəsinin rəisi Şəfiqə Məmmədovanın icraatındadır.
Şəfiqə xanım mənim işimə laqeyd yanaşır. Özü görməli olduğu işi mənim boynuma qoyur. Deyir ki, Nəbiyev Elşənin yerini bilirsənsə, bizə de, gedək, tutaq. Əgər mən bunu edə bilsəydim, daha hüquq-mühafizə orqanlarına niyə müraciət edirdim?”.
Elvin Quliyev qeyd edib ki, üzləşdiyi dələduzluq faktı ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Onun sözlərinə görə, müraciətində polisin Elşən Nəbiyevin tapılması və ona dəymiş ziyanını ödənilməsi üçün müvafiq tapşırıqlar verməsini xahiş edib.
Elvin Quliyev deyib ki, şikayət etdiyi Elşən Nəbiyev ondan başqa çoxsaylı insanlara qarşı dələduzluq edib. Bu haqda məhkəmə qərarları da var: “Bununla bağlı Şəki Məhkəmə icraçılarına çoxsaylı şikayətlər edilib. Maraqlıdır ki, polisin tapa bilmədiyi bu şəxs insanları necə aldadır? Biz Daxili İşlər nazirindən bu məsələnin ciddi araşdırılmasını istəyirik.
Tez-tez Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxlayıram, Şəki polisinin fəaliyyətsizliyindən şikayətlənirəm. Bu qədər şikayət etməyimə baxmayaraq Şəki polisi işə ciddi yanaşmır, araşdırma aparmır”.
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək