Bakı avtovağzalında 55 min pul oğurlandı
Bizi izləyin

Kriminal

Bakı avtovağzalında 55 min pul oğurlandı

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində oğurluq etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Tərtər rayon sakini M.Əliyevin mobil telefonunu və içərisində 50 manat, 55.000 rubl (1320 manat) olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həsənov saxlanılıb.

Tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm