Xırdalanda içki məclisi dava ilə bitdi - 1 NƏFƏR ÖLDÜRÜLDÜ
Bizi izləyin

Kriminal

Xırdalanda içki məclisi dava ilə bitdi - 1 NƏFƏR ÖLDÜRÜLDÜ

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonunun Xırdalan kəndi ərazisində qeydə alınıb.

Belə ki, tanış iki şəxs yeyib içdikdən sonra sərxoş vəziyyətdə aralarında mübahisə yaranıb.

Mübahisə sonda bıçaqlanma ilə nəticələnib və 1991-ci il təvəllüdlü Həsənov Fikrət Müşfiq oğlu ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm