Bakıda əməliyyat - Kirayə evdən külli miqdarda narkotik, 3 tərəzi və 150 min pul...
Bizi izləyin

Kriminal

Bakıda əməliyyat - Kirayə evdən külli miqdarda narkotik, 3 tərəzi və 150 min pul...

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat ekçirilib.

Publika.az xəbər verir ki, Binqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş V.Cavadov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İİR rialı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm